ABŞ, növbəti dəfə öz çəkisini və imicini qorudu:
Amerika hökumətini, və xüsusən Ağ Evin mövqeyini alqışladım! Amerika əslində bu addımıyla Planetin tək nəhəng və böyük Dövləti olduğunu göstərmiş oldu. Prezident Obama, qondarma erməni soyqırımını səsləndirməməklə, Amerikanın nüfuzunu qorumuş oldu. ABŞ ermənilər kimi cılız və heç tarixdə olmayan və sonradan göbələk kimi yerdənbitmə bir etnik milətin səviyyəsinə enmədi. Belliklə, bir daha bəyan olunduki, Amerika kiçik işlərlə məşğul olmur. erməni məsələləri və qondarma soyqırım iddiası Amerika üçün qətiyyən maraqlı deyil. ABŞ Departamentinin sözcüsü də bu gün açqlamasında bildirdi ki, bir çoxları bizdən soyqırım fikrini eşitmək istədi, amma Ağ Evin mövqeyi bəllidir, biz Soyqırım sözünü dilə gətirməyəcəyik və bu siyasətimizin doğru olduğuna inanırıq! deyə Departamentin xanım sözcüsü bəyan etdi. 
Amerika ilə müqayisədə Rusiyanın, Fransanın qondarma erməni soyqırmı ilə məşğul olması, uydurma soyqırım iddiasını qəbul edib tanıması, bir daha öz səviyyələrinə uyğun addım atmaqlarını göstərdi. Bəli hər kəs öz səviyyəsinə uyğun davranır. Eləcədə qondarma erməni soyqırımını dilə gətirməklə, hər biri öz çəkilərinə və xislətlərinə uyğun davrandılar. ABŞ isə həqiqətən dünya Lideri olmasını sübut etdi! ABŞ öz çəkisinə uyğun davranaraq, imicinə zərbə vurmadı. ABŞ hökumətinə burdan əhsən deyirəm! TERROR-çu ermənistanın yanında olmadığı üçün, qondarma soyqırm məsələni qəbul etmədiyi və tanımadığı üçün, bir daha Ağ Evə Təşəkkürlər!
Dünya Siyasətində kim, kimdir? - Mirsamir Məmmədov
Rusiyanın mövqeyi: 

Hər zaman, rus çarı birinci Pyotrun vaxtından, Rusiyanın dövlət siyasətində, ermənilərə sonsuz dəstəklər nəzərdə tutulub. Birinci Pyotr 1722-ci il iyunun 18-də Cənubi Qafqaz üzərinə hücuma başlayarkən, ermənilərə müraciət ünvanlayır və xüsusən bütün əyanlarına tapşırıq verir ki, ermənilər tam azaddır və istədikləri yerdə məskunlaşa bilərlər, bunun üçün onlara yardım edin! Sovet imperiyası da, birinci Pyotrun vəsiyyətlərinə eynən əməl etdi. Ermənilərə külli miqdarda dəstəklər olundu, hər cür silah və sursatla təmin olundu, hətta ermənilərin tərəfini saxlayaraq, Xocalının altını üstünə çevirdilər, bütün şəhər əhlini qanına qəltan edib, amansız şəkildə, görünməmiş vəhşətlə küləvi şəkildə qətl etdilər. Eyni hal Qarabağ müharibəsində də təkrarlandı. Qarabağ müharibəsi zamanı da Rusiya eyni aktivlyi sərgilədi və ermənilər tərəfindən Azərbaycan xalqına qarşı amansızcasına vuruşdular. Azərbaycanlıları qətl etdikdən sonra, Türkiyəyə qarşı da saxta soyqırım iddialarını birbaşa dəstəkləməkdədir! Bu məsələdə də işğalçı və terrorçu ermənistanın yanındadır!
Dünya Siyasətində kim, kimdir? - Mirsamir Məmmədov
Fransanın mövqeyi: 
ermənilər hər zaman Fransanı ikinci ermənistan və öz doğma vətənləri hesab ediblər. Fransa hökuməti də ermənilərə bu lazım olan şəraiti öz ölkəsində yaradıb. Hələ terrorçu Andranikə də Fransa sahib çıxmışdır. Andranikin türklərə qarşı olan qətliamlarını Fransa hökuməti gizlətməyə çalışmaqdadır. Birinci Dünya müharibəsində Osmanlı imöeriyasının heçbir qətliam faktı həyata keçirtmədiyini çox yaxşı bilən erməni Fransası, birbaşa bu saxta soyqırımın iddialarının əsas təşkilatçılarındandır! Xocalı soyqırımının baş verməsində, Qarabağ müharbəsində və Azərbaycana qarşı terrorların həyata keçirilməsinə və torpaqlarımızın qanunsuz şəkildə işğal olunmasında Fransanın işğalçı və terrorçu ermənistana böyük siyasi dəstəyi və yardımları vardır!
Dünya Siyasətində kim, kimdir? - Mirsamir Məmmədov
ABŞ-ın mövqeyi: 
Məlumdur ki, Amerika, Okeanın o tayındadır və Azərbaycan və Türkiyəyə qarşı heçbir qətliam məsələsində iştirak etməyib. Bu günə qədər də öz neytrallığını qoruyub saxlamaqdadır!
Mirsamir Məmmədov